Bia.Az

Bakıda obyekt yanır: mağazalar təxliyə edilir – VİDEO

Hadisə
 21-01-2026, 13:45     623

Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində yanan obyektin yaxınlığındakı mağazalar təxliyə edilir.

Globalinfo.az bildirir ki, hazırda ərazidə yanğınsöndürmə işləri aparılır.


***13:07
Nərimanov rayonu Ziya Bunyadov prospektində yerləşən boya satışı və başqa bir neçə mağazada yanğın baş verib.
Globalinfo.az-ın məlumatına görə, APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***12:19
Dərnəgüldə obyektdəki yanğınla əlaqəli polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
Bundan başqa, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata görə, yanğın səbəbindən metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülür.
X X X
Bakının Ziya Bünyadov prospektində obyektdə yanğın başlayıb.
Globalinfo.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğının söndürülüməsi istiqamətində işlər görülür.
Bakıda obyekt yanır: mağazalar təxliyə edilir - VİDEO
Bakıda obyekt yanır: mağazalar təxliyə edilir - VİDEOскачать dle 12.1