Bia.Az

Şəmkirdə 35 yaşlı qadın BIÇAQLANDI - Qardaşı saxlanıldı

Hadisə
 26-11-2025, 02:17     905

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

Bakupost.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən kafelərin birində qeydə alınıb.

Belə ki, rayonun Çinarlı qəsəbə sakini, 1990-cı il təvəllüdlü M.Nəbiyeva bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Qadın əməliyyat olunub, vəziyyəti orta ağırdır.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində M.Nəbiyevaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən qardaşı, 25 yaşlı Nurlan Musayev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
скачать dle 12.1