Bia.Az

Sabirabadda dəhşət: kişi bacısını tüfənglə öldürdü

Hadisə
 14-11-2025, 12:29     996

Sabirabad rayonunda dəhşətli qətl hadisəsi olub.

Axar.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qardaşkənd ərazisində baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü Ülviyyə Xudaverdi qızı Məmmədova ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.

Hadisədə mərhumun qardaşı, 1986-cı il təvəllüdlü Murtuz Xudaverdi oğlu Məmmədov şübhəli bilinir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyatla M. Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1