Bia.Az

Maştağada qətl: yeniyetmə saxlanıldı

Hadisə
 21-10-2025, 12:11     845

Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 2009-cu il təvəllüdlü Y.Q. yaşadığı evin həyətində münaqişə zəminində həmyerlisi 1980-ci il təvəllüdlü Emil Çingizoviç Əliyevin qol və kürək nahiyəsinə bıçaqla vuraraq, öldürüb.

Y.Q. polis əməkdaşları tərəfindın tutularaq, istintaqa təqdim edilib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1