Bia.Az

Şəkidə faciə: ASAN Xidmətin ikinci mərtəbəsindən yıxılıb öldü

Hadisə
 29-08-2025, 12:31     1 019

Bu gün səhər saatlarında 4 yaşlı Mələk Nicat qızı Həbibova Şəki ASAN Xidmət mərkəzinin ikinci mərtəbəsindən yıxılıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, azyaşlı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.скачать dle 12.1