Xətaidə güclü yanğın başladı – VİDEO
Bakı şəhəri, Xətai rayonunda tullantılar yığılmış sahədə yanğın başlayıb.
Globalinfo.az xəbər verir ki, yanğın General Əliağa Şıxlinski küçəsində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbir görülür:
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsində tullantılar yığılmış sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək”.




