Bia.Az

“Təəssüf ki, kim nə vaxt istəyirsə, yenə 4 iyun qiyamıyla bağlı haqla batili qarışdıra bilir...”

Gündəm
 5-06-2024, 19:08     550

“Əslində, bir yandan baxanda doğrudan da bu gün 4 iyun qiyamıyla bağlı hər şey gün kimi aydındır. 31 il öncə bugünkü gün Azərbaycan dövlətçiliyi gülləbaran edildi. Bu, o günləri yaşayan və anlayan hər kəsə bəllidir”.

Bunu Moderator.az-a açıqlamasında “Hələ 2016-cı ildə saytımızın rəhmətlik baş redaktoru Zülfüqar Hüseynzadəyə verdiyiniz müsahibələrdən birində bildirirsiz ki, 4 iyun hadisələri haqqında əvvəldən haqla batil o qədər bir-birinə qarışdırılıb ki, cəmiyyət heç nə anlaya bilmir. İndi - artıq 31 il sonra bir sıra siyasətçi və şərhçilər deyirlər ki, guya artıq 4 iyunla bağlı, hər şey gün kimi yadındır, yəni haqla batil bir-birindən ayrılıb. Bu, doğrudurmu, sizcə?” sualını cavablandırarkən Klassik Azərbaycan Xalq Cəbhəsinin sədri, istiqlalçı deputat Mirmahmud Mirəlioğlu söyləyib.

“Təbii ki, qiyamin təşkilatçıları və tərəfdarları öz mövqelərində qalırlar. Xeyli iştirakçılar, o cümlədən qiyamda baş rol həvalə olunan, faktiki baş rolu ifa edən şəxs dünyasını dəyişib. Yəni Surət Hüseynov da yoxdur. Amma həm də hər şey aydın görənlər üçün çox aydındır. Məsələni bilərəkdən təhrif edənlər, siyasi məqsədlər üçün istifadə edənlərdən ötrü də hər şey ortadadır. Bu baxımdan hamısı gün kimi aydın olan məsələlərdir. 4 iyunun mahiyyətini aydın görənlər arasında dost da var, düşmən də var, dövlət və dövlətçilik mövqeyində olanlar, dövlətə düşmən olanlar da. Amma təəssüf ki, kim nə vaxt istəyirsə, yenə o hadisələrlər bağlı haqla batili biri-birinə qarışdıra bilir”, - deyə davamında siyasətçi bildirib.
скачать dle 12.1