Ermənistanda aksiya: saxlanılanların sayı artdı – VİDEO
İrəvandakı etiraz aksiyasında saxlanılanların sayı 226 nəfərə çatıb.
Globalinfo.az bildirir ki, bunu İrəvan Polisinin rəisi Zarzand Qabrielyan bildirib.
O deyib ki, təcridxanaya aparılanlar arasında “Daşnaksütyun” partiyasından olan deputat Aşot Simonyan da var.
***10:14
Ermənistanda keçirilən aksiyalar zamanı saxlanılanların sayı 137 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
***09:08
Ermənistanda keçirilən itaətsizlik aksiyasında 67 nəfər saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
***08:48
Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, aksiya İştirakçıları Ermənistanda İrana gedən yolu bağlayıblar.





