Fakt - www.Bia.Az

Bakıda tələbə tikinti fundamentinə yıxılıb, bir böyrəyi və dalağını itirib - "Caspian Construction" təhlükəsizlik tədbirlərinə əməl etməyib + ŞİKAYƏT

Xətai rayonunda qalmaqalı tikinti - Sənəddə 1, reallıqda isə 2 mərtəbə... - VİDEO

“İş” vədi ilə qurulan TƏLƏ: qadınların ümidi necə istismar olunur? - VİDEO

Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?!

Biləsuvar İcra başçısının müavini Ləman Yüzbaşova ilə bağlı İNANILMAZ FAKTLAR

Buna görə Məcnun müəllimin BAŞI AĞRIYA BİLƏR: Ramiz Mehdiyevin şirkəti ilə... - KTN də AMEA kimi məhkəmə qərarını gözləyir?

Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -TƏFƏRRÜAT

Nazirlik "Orbita MTK" ilə bağlı Baş Prokurorluğa MÜRACİƏT ETDİ - AĞACLAR YOXA ÇIXIB...

Qobu "Mafiyası": rəsmən ÖZBAŞINA QALIBLAR - İTTİHAM VAR...

Torpaq satışı, qeyri-qanuni protokol və gizli razılaşmalar – Masallıda nələr baş verir?