Bia.Az

Bakıda tələbə tikinti fundamentinə yıxılıb, bir böyrəyi və dalağını itirib - "Caspian Construction" təhlükəsizlik tədbirlərinə əməl etməyib + ŞİKAYƏT

Fakt
 1-06-2026, 13:18     699

"Mən bundan öncə bütün dövlət orqanlarına "Caspian Construction" MMC (VÖEN 1004314191) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi ünvanda aparılan tikinti işləri zamanı təhlükəsizlik tədbirlərinin yerinə yetirilməməsi səbəbindən 2026-cı ilin yanvar ayında oğlum Əsgər Dağıstan oğlu Cabbarovun ağır xəsarət alması faktı üzrə qeyri-obyektiv araşdırma aparılması barədə şikayət etmişəm".

BİA.az xəbər verir ki, bu sözləri Mia.az-a şikayətci Dağıstan Cabbarov göndərib.

Onun sözlərinə görə, hadisədən artıq artıq 4 aydan çox vaxt ötüb, lakin heç bir qanuni tədbir görülməyib: "Sadəcə olaraq formal, gözdən pərdə asmaq üçün iş hazırlanıb məhkəməyə göndərilib. Nə mənim "Semaşko"nun həkimlərinin qanunsuz hərəkətlərindən (hansısa öz maraqları naminə oğluma 2 saatdan çox tibbi yardım göstərməyiblər) etdiyim şikayətə baxılıb, nə oğluma dəyən zərərin ağırlıq dərəcəsi müəyyən edilib. Halbuki, oğlum bu hadisədə böyrəyini itirib, dalağı çıxarılıb. Bu barədə bütün tibbi sənədlər var. Ancaq oğlumun sağlamlıq vəziyyətinin belə ağır hala salınmasına görə təqsirli vəzifəli şəxslər  barədə həbs qətimkan tədbiri seçilməyib. Bu barədə vəsatətlərim qəbul edilməyib".

Hazırda işin Nərimanov rayon məhkəməsinə göndərildiyini qeyd edən şikayətçi ölkə rəhbərliyindən işi nəzarət götürməyi və cavabdehlər barədə qanuni tədbirlərin görülməsini xahiş edib.

Əsgər Cabbarovun atası Mia.az-ın əməkdaşı ilə söhbətinə onu da bildirib ki, oğlu tələbədir, o, səhər dərsə gedərkən bu hadisə baş verib. 














скачать dle 12.1