Bia.Az

İcra başçısı baş memarı işdən çıxardı

Fakt
 6-02-2026, 17:17     793

Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) Baş memarı vəzifəsindən azad edilib.

Bakupost.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Vüqar Novruzov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, RİH-in Baş memarı Vüqar Hacıyev vəzifəsindən azad edilib. Hazırda bu vəzifə vakansiyaya çıxarılıb.

Xatırladaq ki, V.Novruzov ötən ilin noyabrın 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
скачать dle 12.1