Bia.Az

Yevlaxda BİABIRCILIQ: S.Vurğun küçəsində zirzəmini su basıb, 20 sakinin ümidi Allaha qalıb - VİDEO

Fakt
 28-01-2026, 14:10     1 216

Yevlax şəhərində kommunal fəlakət yaşanır. Səməd Vurğun küçəsində yerləşən yaşayış binasında zirzəminin uzun müddətdir su altında qalmasına baxmayaraq, məsul qurumlar vəziyyətə tam biganə yanaşır.

Zirzəmi su içində, üfunət binanı bürüyüb

Bölgə müxbirimizin verdiyi məlumata görə, binanın zirzəmisində yığılan sular artıq kəskin qoxu, rütubətsanitar təhlükə yaradıb. Sakinlərin sözlərinə görə, vəziyyət hər keçən gün daha da ağırlaşır, xüsusilə uşaqlar və yaşlılar üçün ciddi risk formalaşıb.

20 sakinin harayı cavabsız qalıb

Binada yaşayan təxminən 20 nəfər sakin dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, nəticə yoxdur. Sakinlər bildirirlər ki, nə rəsmi baxış keçirilib, nə də real tədbir görülüb. Müraciətlər ya cavabsız qalır, ya da formal vədlərlə yola verilir.

Aidiyyəti qurumlar məsuliyyətdən yayınır

Məsuliyyət daşımalı olan qurumlar isə susur:

MƏSƏLƏN, Yevlax Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) problemi aradan qaldırmır;

Sual yaranır:

Bu qurum nəyi gözləyir? Faciəni? Xəstəlik yayılmasını? Binanın qəzalı vəziyyətə düşməsini?

Qrumun rəisi Allahyar müəllimin müəmmalı tenderlərlə "başı qarışıqdır"? (BU BU VƏ DİGƏR FAKTLARLA BAĞLI GENİŞ YAZIMIZ OLACAQ.)

Bu laqeydlik artıq təhlükəlidir

Zirzəmidə yığılan sular təkcə kommunal problem deyil. Bu, insan sağlamlığına birbaşa təhdiddir. Belə hallarda tədbir görülməməsi vəzifə səlahiyyətlərinin icra edilməməsi kimi qiymətləndirilməlidir.

Sakinlərin son ümidi — Allah

Çarəsiz qalan sakinlər bildirirlər ki, aidiyyəti qurumlardan ümidlərini üzməyə məcbur olublar. Onların sözləri ilə desək,
“Bizim dərdimizi eşidən yoxdur. Ümidimiz yalnız Allaha qalıb.”

BİA.az məsələni nəzarətdə saxlayacaq

BİA.az olaraq bildiririk ki, Yevlax şəhər S.Vurğun küçəsində yaranmış bu biabırçı vəziyyət diqqətdə saxlanılacaq. Aidiyyəti qurumların məsuliyyətsizliyinə hüquqi və inzibati qiymət verilməsi üçün daha yuxarı instansiyaların mövqeyini dərc etməyə hazırıq.


Bu ölkədə vətəndaş zirzəmi suyu ilə baş-başa buraxıla bilməz!






скачать dle 12.1