Bia.Az

Səfirimizin katibəsindən nikahdankənar uşağı var? - Aliment vermir

Fakt
 14-09-2025, 01:53     1 018

Bir müddət əvvəl Azərbaycanın Bolqarıstandakı səfiri vəzifəsindən geri çağırılan Hüseyn Hüseynovun qeyri-qanuni qızının olduğu iddia edilir.

NUH.az    xəbər verir ki, bu barədə Oxu.Az-a onun katibəsi Mariya Boteva məlumat verib.

Qadın iddia edir ki, H.Hüseynov onu aldadıb və hazırda aliment vermək istəmir, hədə-qorxu gəlir.

“O məni aldadıb. Əvvəl inandırıb ki, boşanıb, məsuliyyəti üzərinə götürüb. Sonra isə qorxutmağa başlayıb. Noyabrın 21-də Bolqarıstan məhkəməsi işə baxacaq. Bizim bir övladımız var. Atalığı təsdiq edən sənədi də sizə təqdim edirəm”, - deyə M.Boteva bildirib.
Qeyd edək ki, Hüseyn Hüseynov Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın əridir.

Həmçinin onun səfir vəzifəsindən geri çağırılması da məhz qeyri-qanuni övladı olması ilə əlaqələndirilir.
 





скачать dle 12.1