Başçıya da müraciət edib... amma nə olsun... - GİLEY
İsmayıllı rayon sakini Məlikova Sevil yerli məmurlardan giley edir. O bildirir ki, çox şəraitsiz evdə 3 övladı ilə birgə İsmayıllı rayonunun İsmayıllı kəndində yaşayır.
Qızının birinci qrup əlil olduğunu bildirir. O, evinin damının olmadığını və bərpa etmək üçün imkanının olmadığını deyir.![]()
Vətəndaş ona yardım edilməsiylə bağlı İsmayıllı rayonunun İcra Hakimiyyətinə və deputatına müraciət etsə də ona yardım etmədiklərini bildirir. O dəfələrlə yuxarı instansiyalara müraciət ünvanladığını, lakin bir nəticəsinin olmadığını söyləyir.
Şikayətçi dia-az.info vasitəsi ilə aidiyyatı qurumlara müraciət edərək, onun səsinin eşidilməsini xahiş edir.
Şikayətçi ilə əlaqə nömrəsi: 0507290022




