"Adlarını provayder qoyub monopoliya hesabına pul yeyirlər... - NARAZILIQ VAR...
Şikayətim "Birlink" provayderindəndir. Bütün Yasamal "Mida" Yaşayış kompleksini öz monopolyasına çevirib... başqa provayderə imkan vermir ki, xidmət göstərsin. Öz göstərdikləri xidmət isə yerlərdədi.![]()
Mən proqramistəm, bütün işim internet üzərində qurulub. İndi isə hər 3 saytdan 2-sinə qoşulanda sertifikat xətası verir, virtual serverlərə qoşula bilmirəm və 2 gündü texniki şöbəyə yönəldiblər sorğunu... Həll edən yoxdu.
Adi saytlara belə girmir internet. Verdikləri "vifi" modemi isə ilk dövrlərdə Azıx mağarasından çıxan modemlərdəndi elə bil.... 5 Ghz belə dəstəkləmir.
Adlarını provayder qoyub monopoliya "şotuna" pul yeyirlər..."![]()
![]()
Mənbə: "Müştərinin Səsi" SQ - Şikayətçi: Bəkir Qərib
Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)




