Xətainin icra başçısı üçün vətəndaşın həyatı ÖNƏM DAŞIMIR? - Əgər belədirsə...
"Artıq 2 ay tamam olur ki, "Əhmədli" metro stansiyasından "Bakı" kinoteatrına (Sarayev küçəsinə) tərəf qalxan yolda minlərlə sakin bu təhlükədən keçir". DİA.AZ bildirir ki, bu barədə tanınmış jurnalist Rasim İsmayılov həyəcan təbili çalmaqdadır.![]()
Hər gün rastlaşdığı bu TƏHLÜKƏLİ vəziyyətlə bağlı rəsmiləri məsuliyyətə çağıran jurnalist yazır: "Rayon icra hakimiyyətinin adını da həştaqda qeyd eləmişdim. Təbii ki, oxuyublar. Veclərinə də deyil. Yəni "altda qalanın canı çıxsın" deyir Xətai icrası..."![]()
Daha sonra "Yendən çəkib paylaşmaqda məqsədim odur ki, bəlkə yazıqların heç xəbəri yoxdur, şərləyirəm?" deyə qeyd edən jurnalist bu təhlükəli mənzərə ilə bağlı Xətai RİH-ə çağırış da edir: "Bir vicdanlı vətəndaş olmalıdır, ya yox?"
Məsələ diqqətimizdədir. Yerli RİH-in münasibətini öyrənməyə çalışacağıq...




