Bia.Az

Yeni ildə yeni şeir sovqatı...

Ədəbiyyat
 4-01-2026, 00:56     1 226

Yeni ildə həkim, şair Çingiz Ərəbli dostu şair Tapdıq Əlibəyliyə yeni şeir sovqatı göndərib. Həmin şeiri oxucularımıza təqdim edirik.


 ŞAİR DOSTUM...

Dostum Tapdıq Əlibəyliyə

Şair dostum, gör  bizi zaman necə qocaltdı;
Saçımıza dən salıb, gündən-günə çoxaltdı.
Bəlkə, heç zaman bizi qocaltmadı, ucaltdı...
Deyim var ki, başında zirvələrin qar olar.

Ruhumuzsa cavandır, sanki on beş yaşında,
Onun da ağ yoxdu ki, nə "saçında", "qaşında".
Bir ömürlük hakimdir qəlb evinin  başında,
Vaxt gələr ki, ruhumuz əbədiyə yar olar.

Ağaran tək saç olsun, ürək qocalmasın heç,
Ömrümüzdən qoy illər təki bac almasın heç,
Dostlarımız ucalsın düşmən ucalmasın heç,
Yoxsa ki  hər günümüz ancaq ahu-zar olar...

Çingiz Ərəbli.

BİA.az
скачать dle 12.1