Bia.Az

Turana gedən, Yolda - Ziyadxan Budaq

Ədəbiyyat
 11-03-2025, 01:01     1 206

Turançılıq ,türk xalqlarının çoxəsrlik dövlətçilik ənənəsinin davamıdır.

Turançılıq ,yeni dünya düzəninin ideya birliyinin müqəddəsliyinə aparan yoldur
 
Turançılq , türk dünyasının mənəvi , həysti və siyasi birliyinin inşasıdır .


 Ziyadxan Budaq ın "Turançılıq" birliyinin müqəddəsliyinə inam hissi yaradan,"Turana gedən yolda " ıdıri ,öz həyati məfkurəsinə görə, olduqca mükəmməl duyğuların həyat vəhdətini doğrulayır...

Çayır basıb, ot basıb,
Yol qarışıb,iz itib..
Sükut zamanı ötüb,
Turana gedən, Yolda !
Karvan getdi ,dönmədi
Göydən kömək enmədi..
"Haqq" özü də dinmədi,
Turana gedən, Yolda !
...

Zamanın dəyişimindən yaranan həqiqətlər, bəşəri varlığın həyat dayanışmasının yaranmasına səbəb olur.

Tarixi dönüşün zaman dilimi,  daima insanlığın yeniləşməsinə götürür həyatı.

Həyati dönüşüm insanoğlunun düşüncəsinin fikir mübadiləsini də kökündən dəyişdirir.

Ziyadqxan Budağın lirikasının həyati-ruhi özəlliyi,  Zamanın həyat dəyişimində insan hisslərinin həyat ruhunu ifadə etməsidir.
....

Bu ,Zamanın suçumu?
Pisliyinin ucumu?
Yoxsa,Zaman qohumu?
Turana gedən,Yolda?!
Qoy,desin:- səhfim hanı?
Yoxamsa, məhfim hanı?
Pozulan ,"səf"im hanı?
Turana dedin, Yolda!
..
Zamanın gərdişində,  insanın həyati fəaliyyətinin bəhrəsi var.

Insanlıq adına görülən işlər,  həmişə Zamanın adına yazılır.

Tarixi gerçəkliyin Zamana yayılması, insan ruhunun həyata şüurlu münasibətini açıqlayır.

Ziyadxan Budağın lirikasında insan həyatının Zamanla yaşanan ideallarının həyatla uzlaşısı öz əksini tapır.

...
Zamanı söyən də var,
Qəddini əyən də var.
Döşünə döyən də var,
Turana gedən,Yolda!
Zaman türkə,amandır,
Hər təzə an,son andır..
Zaman, təzə Zamandır,
Turana gedən,Yolda!
...
Mənəvi birlik duyğsu,  insanın mənəvi aləmini tam olaraq  birləşdirir.

Həyati-ruhi münasibətin xalq birliyi, insanın müqəddəsliyinə aparan əxlaqi-mənəvi bütövlüyün yaradılmasıdır.

İdeya və məfkurə burliyi insan ruhunun həyati istəyini doğrulayır həmişə .

Ziyadxan Budağın lirikasının həyat ritorikası öz həyat amalı ilə gerçəkləşdirir,Zamanın həyat qayəsini.
...

"Yumruq" kimi,"Birlik" var,
Bu birlikdə,"Pirlik" var .
"Ərənlik" var, "Ərlik" var,
Turana gedən, Yolda!
...
Türk xalqlarının çoxəsrlik tarixi missiyasının davamlılığı, Yeni Əsrin  həyat ruhunun yaranmasına gətirib çıxarıb.

Qardaş  türk xalqlarının milli-mənəvi dəyərlərinin bir arada tutula bilməsi, yeni dünya quruculuğuna bir töhfədir.

Yeni həyat baxışı,  türk dünyasının böyük birliyinin yaranması zərurətinin ortaya çıxmasına səbəb olub.

Ziyadxan Budağın lirikasının həyati dərinliyindəki sevginin həyat alqısı,  türk xalqlarının milli-mənəvi dəyərlərinin qorunmasını tələb edir.

..
Türkün özü, qüdrətdir,
Səmti-üzü , qüdrətdir..
Türkün Sözü,qüdrətdir,
Turana gedən,Yolda !
Məram aydın,məqsəd bir,
Yeni dünya, yeni hürr..
Türk ,bəşəri bir edir,
Turana gedən, Yolda!
...
Həyati  amal, bəşəri düşüncənin həyat varlığını nümayiş etdirir.

Insanlıq dünyasının həyat işığında,  Zamanın həyat dəyişimi, yeni həyat şəraitinin meydana gəlməsinə səbəb olur.

Insan xoşbəxtliyinin əldə olunması, birlik və bərabərliyin vəhdətini doğrulayır  

Ziyadxan Budağın lirikasında həyatın dərinliyindəki hikmətin sirri, insanlığın həyat dəyərini artırır.

Şairin poeziyasının həyat gücü insanı doğru yola yönəldir.


PS

Yeni dünya düzəninin ideya məfkurəsinin təbliği, türkçülük və turancılıq ideyasının həyata keçməsinin inkişafına kömək edir.

Ötən ildə Böyük Turan Yolda ən böyük adım, Vahid Turan Bayrağının yaradılması oldu.

"Turançılıq" ,yeni dünya quruculuğuna bir töhfədir.


Hörmətlə:

Nəsib Abid 
Filoloq

10 mart 2025-ci il.
Ucar.скачать dle 12.1