Səndə necə şəkilim var.... - Ədalət QARABULUD
Qarşılaşdıq,
nə sən tanıya bildin, nə də mən...
Yaxşı ki aramızda dayandı bu şəkil...
Yaxşı ki, əski şəkillər durur...
Məndə də var.
Bu dünyadan küsəndə
baxıram o şəkillərə....
Eh, dəlləkxanada növbə gözləməyən şəkillərim...
saglıgına araq icilməyən şəkillərim...
Qocaldıq, yaman qocaldıq...
Sən də bu dünyadan küsəndə
daha o şəkillərə baxma,
Güzgüyə bax qaragözlüm, güzgüyə...
Ordan bir əl cıxar, silər göz yaşlarını...
Bilirsən,
səndə necə şəkilim var,
hec biri mən deyiləm...
Ədalət QARABULUD.




