Bia.Az

Tramp həyəcan təbili çaldı: İran İsraili bombalayacaq

Dünya
 2-06-2026, 01:19     825

ABŞ Prezidenti Donald Tramp “NBC News”a verdiyi açıqlamada İrandan danışıqların dayandırılması ilə bağlı heç bir məlumat almadığını deyib.

Globalinfo.az xəbər verir ki, Tramp bunu normal addım hesab etdiyini açıqlayıb:

“Düşünürəm ki, çox danışmışıq. Əgər sakitlikdirsə, deməli bu, çox yaxşıdır”, – Tramp bildirib.

Lakin o, təmasların dayandırılmasının hərbi ssenariyə qayıtmaq demək olmadığını vurğulayıb:

“Bu, bomba atmağa başlayacağımız anlamına gəlmir. Biz blokadanı davam etdirəcəyik. Çünki blokada polad divar hörmək deməkdir.”
İranın mövqeyini dəyişib-dəyişməyəcəyi ilə bağlı suala isə ABŞ lideri belə cavab verib.

“Düşünürəm ki, nə qədər lazımdırsa, o qədər də gözləyə bilərəm. Onlar çoxlu pul itirirlər”, – Tramp vurğulayıbскачать dle 12.1