Kiyevə dəhşətli hücum: ölü və yaralılar var - Video
Rusiya bu gecə Kiyevə raket zərbələri endirib. Nəticədə 2 nəfər həlak olub, 44 nəfər isə yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.
“Kiyev üçün dəhşətli gecə idi. Hazırda xilasedicilər yanğınları söndürməklə, dağıntıları təmizləməklə məşğuldurlar. Tibb işçiləri yaralılara yardım göstərir”, - Kliçko bildirib.
Onun sözlərinə görə, 44 yaralıdan 28-i xəstəxanaya yerləşdirilib. Onlardan ikisi uşaqdır.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, hücumlar zamanı yaralananların sayı 56-ya çatıb.
***
Zərbələr nəticəsində yaralananların sayı 78 nəfərə çatıb.




