Bia.Az

İsraildən deportasiya edilən fəallar Türkiyəyə gətirildi

Dünya
 22-05-2026, 01:41     1 373

İsrail Sumud donanmasına aid gəmilərdə saxlanılan bütün xarici aktivistləri qlobal etirazlardan sonra deportasiya edib.

Axar.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“İsrail Qəzza zolağının qanuni dəniz blokadasının pozulmasına imkan verməyəcək”, - deyə bildirilib.

Donanma üzvlərinin əksəriyyəti İsrailin cənubundakı Ramon hava limanından deportasiya olunub.

Qeyd edək ki, İsrail Hərbi Dəniz Qüvvələri humanitar yardımla Qəzzaya gedən Sumud donanmasına aid gəmiləri əməliyyat nəticəsində saxlayıb. Daha sonra təhlükəsizlik naziri Ben-Qvir saxlanılan fəalların təhqir edilməsini əks etdirən görüntülər paylaşıb.

***
Qəzzaya humanitar yardım aparan Sumud donanmasının üzvləri Türkiyəyə gətirilib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 41 ölkədən 422 nəfər "Türk Hava Yolları" (THY) tərəfindən təşkil olunan xüsusi reyslə Türkiyəyə gətirilib. Bunların 85-i Türkiyə vətəndaşı olub.скачать dle 12.1