Xameneinin olduğu deyilən mesaj diqqət çəkdi: Görün nə yazılıb
randa Ali rəhbər Müctəba Xameneiyə aid olduğu iddia edilən Teleqram kanalındakı paylaşım diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, mesajda hakimiyyətin davamlılığının demoqrafik göstəricilərdən asılı olduğu vurğulanıb və əhalinin artırılmasının strateji əhəmiyyət daşıdığı bildirilib.
Paylaşımda xüsusilə “çoxuşaqlılıq mədəniyyətinin təbliği” və doğum səviyyəsinin yüksəldilməsinin vacibliyi ön plana çıxarılıb.
Mesaj İran rəsmilərinin son illərdə ölkədə azalan doğum göstəricilərinə qarşı apardıqları siyasətin davamı kimi qiymətləndirilir.
Digər tərəfdən, əhali artımı həm də mümkün müharibə itkilərinin kompensiyası kimi dəyərləndirilir.






