Bia.Az

Sürücülərin çoxu bilmir: sirli yol nişanının mənası – FOTO

Dünya
 5-05-2026, 01:39     1 830

Sürücülərin əksəriyyəti nadir rast gəlinən, lakin həyati əhəmiyyət daşıyan bir yol nişanının mənasını bilmir.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, söhbət sarı fon üzərində qara geometrik işarələrlə göstərilən xüsusi istiqamətləndirici nişanlardan gedir. Araşdırmalar göstərib ki, sürücülərin təxminən 90 faizi bu işarələrin nə demək olduğunu ya bilmir, ya da yanlış anlayır.
Ekspertlər qeyd edir ki, bu nişanlar əsasən fövqəladə hallarda, yolun bağlanması, qəza, təmir işləri və ya gözlənilməz tıxaclar zamanı istifadə olunur. Belə vəziyyətlərdə sürücülər bu işarələri izləyərək alternativ marşrutla təhlükəsiz şəkildə hərəkət edə bilirlər.
Qeyd olunur ki, nişan yalnız dairə formasında olmur, kvadrat, üçbucaq və ya romb kimi müxtəlif formalar da istifadə edilə bilər. Əsas məqam isə odur ki, sürücü yolun əvvəlində göstərilən simvolu sonadək izləməlidir.
Bu sistem xüsusilə naviqasiyanın işləmədiyi və ya qeyri-dəqiq olduğu hallarda həyati əhəmiyyət daşıyır.
WhatsApp Image 2026 05 04 at 23.32.22
скачать dle 12.1