Bia.Az

Daha bir ölkədə Rusiya bayrağı qaldırıldı – VİDEO

Dünya
 4-05-2026, 01:34     2 026

Almaniyanın Frankfurt-Mayn şəhərində “Ölümsüz Alay” yürüşü keçirilib.

Globalinfo.az xəbər verir ki, iştirakçılar şəhər mərkəzindəki “Opernplatz” meydanında toplaşıblar, daha sonra tarixi Römerberq meydanına yürüş ediblər.

Onlar əllərində cəbhədə vuruşan qohumlarının, arxa cəbhədə çalışanların, həbs düşərgəsi məhbuslarının portretlərini daşıyıblar.

Bir çox aksiyaçı yürüşdə Rusiya və SSRİ bayraqları ilə iştirak edib.

Yürüş zamanı “Katyuşa” və “Qələbə Günü” də daxil olmaqla, müharibə dövrü mahnıları səsləndirilib.

Qeyd edək ki, aksiyada əsasən Almaniyanın rusdilli sakinləri iştirak edib.
скачать dle 12.1