Zelenskidən sərt qərar: Boqdana qarşı sanksiya tətbiq edildi
Ukrayna Prezidenti Volodimir Zelenski ofisinin sabiq rəhbəri Andrey Boqdanı sanksiya siyahısına salıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezident Ofisi məlumat yayıb.
Ona qarşı aktivlərin bloklanması, maliyyə öhdəliklərinin dayandırılması, torpaq əldə etməyə qadağa və dövlət mükafatlarından məhrumetmə daxil olmaqla 17 növ məhdudiyyət tətbiq olunub.
Məhdudiyyətlər 10 il müddətinə tətbiq edilib. Həmçinin onun dövlət mükafatlarından məhrum edilməsi də nəzərdə tutulub.




