Tehranda partlayış səsləri eşidilir: Müdafiə sistemləri işə düşdü
Tehranın bəzi ərazilərində zenit atəşi və partlayış səsləri eşidilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunub ki, bu cür səslər adətən hava hücumundan müdafiə sistemlərinin aktivləşdirilməsi ilə əlaqəli olur və son dövrlərdə bölgədə artan hərbi gərginlik fonunda baş verir.
Eyni zamanda, “Financial Times” yazır ki, İsrail İran raket təhlükəsinə qarşı müdafiəni gücləndirmək məqsədilə BƏƏ ərazisinə lazer əsaslı hava hücumundan müdafiə sistemi göndərib.
Bu sistemlərin əsas məqsədi raket və pilotsuz uçuş aparatlarını daha ucuz və sürətli şəkildə zərərsizləşdirməkdir.






