Əraqçi müharibə ilə bağlı xəbərdarlıq etdi
İranın xarici işlər naziri Abbas Əraqçı İran limanlarının blokadaya alınmasını sərt şəkildə pisləyib.
Globalinfo.az xəbər verir ki, XİN rəsmisi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, İran limanlarını bloklamaq birbaşa müharibə aktı hesab olunur və bu, mövcud atəşkəs rejiminin pozulması deməkdir.
Nazir əlavə edib ki, ticarət gəmisinə hücum və heyətin girov götürülməsi daha ciddi qanun pozuntusudur.
Əraqçı vurğulayıb ki, İran bu cür məhdudiyyətlərlə necə davranacağını, milli maraqlarını necə müdafiə edəcəyini və zorakılığa necə müqavimət göstərəcəyini yaxşı bilir.






