İranla bağlı təcili iclas keçirildi: Tramp onları bir araya yığdı
ABŞ-ın vitse-prezidenti J.D. Vens, ABŞ dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset və CİA direktoru John Ratcliffe Vensin Pakistana planlaşdırılan uçuşunun təxirə salınması ilə bağlı mediada yayılan xəbərlər fonunda Ağ Evdə bir araya gəliblər.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Qeyd olunub ki, görüşdə Prezident Donlad Tramp da olun. İclasda Vensin İranla danışıqlar aparmaq üçün Paksitana getməsi planlaşdırılır.
Məlumata görə, kanalın kameraları son bir saat ərzində Ağ Evə daxil olan yüksək vəzifəli şəxsləri görüntüləyib.
Daha əvvəl Vaşinqton və Tehran arasında danışıqların yeni mərhələsinin təhlükə altında olduğu bildirilmişdi. Çərşənbə axşamı səhər İslamabada getməli olan J.D. Vensin səfəri sual altında idi.




