Bia.Az

Trampdan gözlənilməz addım: İsrailə qadağa qoydu

Dünya
 18-04-2026, 01:22     1 008

ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail artıq Livana zərbələr endirməyəcək.

Globalinfo.az xəbər verir ki, ABŞ prezidenti bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“İsrail artıq Livanı bombalamayacaq. ABŞ buna icazə vermir. Artıq kifayətdir, təşəkkür edirəm”, — deyə o vurğulayıb.

İranın dövlət televiziya və radiosunun məlumatına görə isə, hələ də istənilən ölkənin hərbi dəniz qüvvələrinə aid gəmilərin Hörmüz boğazından keçidi qadağandır. Bildirilir ki, yalnız mülki gəmilər müəyyən edilən marşrutlar üzrə və SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin icazəsi ilə tranzit keçid edə bilər.скачать dle 12.1