Tramp Putinin İranla bağlı bu təklifini rədd etdi
ABŞ Rusiyanın İranın zənginləşdirilmiş uranını təhvil vermək təklifini rədd edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “India Today” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Vladimir Putin bu təşəbbüsü xeyli əvvəl irəli sürüb və yaxşı həll yolu kimi qiymətləndirib.
Peskov qeyd edib ki, təklifə əsasən İranın zənginləşdirilmiş uranı Rusiyaya ötürülə bilərdi. Lakin ABŞ tərəfi bu ideyanı qəbul etməyib və nəticədə məsələ hazırda danışıqlar masasından çıxarılıb.
Kremlin sözçüsü əlavə edib ki, əgər vəziyyət tələb edərsə, Putin bu təşəbbüsə yenidən qayıtmağa hazırdır.




