Bia.Az

İlkin nəticələr açıqlandı: Orban uduzdu

Dünya
 13-04-2026, 00:59     949

Macarıstanda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə Milli Seçki bürosu məlumat yayıb.

Bildirilib ki, indiyə qədər səslərin 29,21%-i sayılıb.

Hazırkı nəticələrə görə, Avropa Parlamentinin üzvü Peter Magyarın rəhbərlik etdiyi “Tisa” mojaritar seçki dairələrində 95 yer, partiya siyahılarında isə 37 yer qazanır.

Orbanın Fides-Macarıstan Vətəndaş Birliyi və onun kiçik tərəfdaşı Xristian Demokratlardan ibarət hakim koalisiya 59 yerə (11-i mojaritar, 48-i isə partiya siyahılarında) ümid edə bilər. İfrat sağçı Bizim Vətənimiz Partiyası hazırda parlamentdə səkkiz yerə malikdir.
***
Səslərin 45,71%-i sayılıb. Hazırkı nəticəyə görə, müxalifətdəki Tisa Partiyası 199 parlament yerindən 135-ni qazanıb.
Bu barədə Milli Seçki Bürosu məlumat yayıb.

Peter Magyarın rəhbərlik etdiyi “Tisa” təkmandatlı seçki dairələrində 95, partiya siyahılarında isə 40 yer qazanır.

Baş nazir Viktor Orbanın hakim koalisiyası 57 yer (11-i təkmandatlı seçki dairələrində, 46-sı isə partiya siyahılarında) əldə edib.
Hazırkı nəticə ilə ifrat sağçı Vətənimiz Partiyası parlamentdə yeddi yer qazanacaq.

***
Milli Seçki Bürosunun son məlumatlarına görə, səslərin 53,45%-i sayılıb və müxalifətdəki Tisa Partiyası Macarıstan parlamentindəki 199 yerdən 136-sını əldə edib.

Baş nazir Viktor Orban isə səslərin sayılması başa çatmamış artıq “Tisa” lideri Peter Magyarı qələbə münasibətilə təbrik edib.скачать dle 12.1