Putin atəşkəs elan etdi - SON DƏQİQƏ!
Rusiya Prezidenti Vladimir Putin 11 aprel saat 16:00-dan 12 aprel 00:00-dək Pasxa atəşkəsi elan edib.
BİA.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, bu müddət ərzində bütün cəbhələrdə hərbi əməliyyatlar dayandırılacaq.
"Rusiya Ukraynanın da eyni şəkildə hərəkət etməsini gözləyir",- məlumatda bildirilir.




