Bia.Az

Müharibə idarəolunmaz vəziyyətə çatıb - Dohadan xəbərdarlıq

Dünya
 8-04-2026, 00:11     864

Qətər Yaxın Şərqdə davam edən müharibə fonunda regionun “idarəolunmaz vəziyyətə” yaxınlaşdığı barədə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bunu Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Dohada keçirdiyi brifinqdə bildirib.

“Eskalasiyanın qarşısı alınmasa, vəziyyət nəzarətdən çıxa bilər. Tərəflər müharibəni dayandırmaq üçün təcili həll yolu tapmalıdırlar”, - o deyib.
Ənsari qeyd edib ki, münaqişənin davam etməsi halında qalib tərəf olmayacaq.скачать dle 12.1