Bia.Az

Tehrana güclü zərbələr endirilir – VİDEO

Dünya
 4-04-2026, 01:08     1 130

Tehranda hərbi obyektlərə qarşı intensiv hava hücumlarının həyata keçirildiyi bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Military”portalı məlumat yayıb. Qeyd olunub ki, ABŞ və İsrail qüvvələri paytaxtın müxtəlif hissələrində, o cümlədən raket infrastrukturu və sursat anbarlarını hədəfə alıb.

Bildirilib ki, zərbələr əsasən raketlərin istehsalı, saxlanması və buraxılışı ilə əlaqəli obyektlərə yönəlib. Bu hücumlar nəticəsində İranın ballistik raket imkanlarına ciddi zərbə dəydiyi, bir sıra zavodların və buraxılış bazalarının sıradan çıxarıldığı qeyd olunur.

Məlumatlarda həmçinin qeyd edilir ki, paytaxt ətrafında yerləşən bəzi mühüm hərbi obyektlərdə güclü partlayışlar baş verib.скачать dle 12.1