Bia.Az

Müctəba Xamenei həm var, həm də yoxdur – İranda nə baş verir?

Dünya
 22-03-2026, 01:36     1 087

Müctəba Xamenei ölkəni idarə etmək qabiliyyətində deyil. Onun yaralanması fonunda təhlükəsizlik məsələləri ilə məşğul ola bilməməsi ictimai fəaliyyətini məhdudlaşdıra bilər.

Globalinfo.az xəbər verir ki, ABŞ Konqresində keçirilən qapalı dinləmələrdə səsləndirilən qiymətləndirmələrə görə, İran rejimi ciddi idarəetmə böhranı yaşayır, lakin yaxın zamanda süqut edəcəyi gözlənilmir.

İsrail mənbələri bildirir ki, Laricaninin öldürülməsindən sonra yaranan hakimiyyət boşluğu daha da dərinləşib və əsasən İnqilab Keşikçiləri Korpusu tərəfindən doldurulur.

Müctəba Xameneinin bu qurumla yaxın əlaqələri onun mövqelərini gücləndirir. Bəzi rəsmilərin fikrincə, ölkədə real hakimiyyət məhz SEPAH-ın əlindədir.

“İnqilab Keşikçiləri İranda nəzarəti ələ alıb və onlar ideoloji idarəetmə sisteminə sadiqdirlər”, — deyə ərəb rəsmilərdən biri vurğulayıb.скачать dle 12.1