Bia.Az

ABŞ İran freqatına hücumu: 104 ölü, 20 itkin...

Dünya
 9-03-2026, 01:00     797

ABŞ sualtı qayığının İranın "IRIS Dena" freqatına hücumu nəticəsində azı 104 nəfər ölüb, daha 20 nəfər itkin düşüb.

Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın məlumatında deyilir.

Məlumata görə, gəmidə 136 heyət üzvü olub.

Qeyd edilir ki, gəmi hərbi təlimlərdən qayıdırmış.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.скачать dle 12.1