İrana qoşun yerdilir? – Rəsmən açıqlandı
ABŞ hazırda İranda quru qoşunlarından istifadə etməyi planlaşdırmır, lakin bu ehtimal tam istisna edilmir.
Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livit bildirib. Onun sözlərinə görə, belə bir ehtimal nəzərdən keçirilib.
“Bu, hazırkı planların bir hissəsi deyil, amma prezidentin adından heç bir variantı istisna etməyəcəyəm”, – deyə o qeyd edib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıblar. Əməliyyatlar çərçivəsində İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlıq obyektləri, aerodromlar, pilotsuz uçuş aparatlarının yerləşdiyi meydançalar və hava hücumundan müdafiə sistemləri hədəf alınıb.
Öz növbəsində, İran İsrailə, eləcə də Bəhreyn, Qətər, Küveyt və İordaniyada yerləşən ABŞ hərbi bazalarına qarşı cavab zərbələri endirib.




