Bia.Az

Pezeşkiandan sərt ultimatum: “İran susmayacaq və…”

Dünya
 3-03-2026, 00:41     606

İran Prezidenti Məsud Pezeşkian ölkədə mülki obyektlərə edilən hücumları pisləyib.

Globalinfo.az-ın xəbərinə görə, o bildirib ki, İran bu hərəkətlərə biganə qalmayacaq.

“Xəstəxanalara hücum həyatın özünə, məktəblərə hücum isə millətin gələcəyinə zərbədir. Xəstələrə və uşaqlara hücum humanitar prinsiplərin kobud şəkildə pozulmasıdır”, – deyə Pezeşkian qeyd edib.

O vurğulayıb ki, dünya ictimaiyyəti bu cür addımları qınamalıdır. Pezeşkian yas içində olan xalqına başsağlığı verib və əlavə edib ki, İran bu cinayətlərə dözməyəcək.скачать dle 12.1