“Düşmənləri peşman edəcəyik!” – Laricani
“İran ABŞ-dan fərqli olaraq, uzunmüddətli müharibəyə hazırlaşıb”.
Globalinfo.az xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.
“Son 300 il ərzində İran bu müharibəni başlamayıb və cəsur Silahlı Qüvvələrimiz müdafiə xaricində heç bir hücuma qoşulmayıb. Biz özümüzü və 6000 illik mədəniyyətimizi sərt şəkildə müdafiə edəcəyik, xərcindən asılı olmayaraq.
Düşmənləri səhv hesablamalarına görə peşman edəcəyik”, – deyə qeyd edib.





