Budanov Ukraynanın itirilən əraziləri ilə bağlı gözlənilməz qərarı açıqladı
Kirill Budanov Ukraynanın itirilmiş əraziləri ilə bağlı sərt mövqe sərgiləyib.
Globalinfo.az xəbər verir ki, o, Kiyevin bütün mübahisəli ərazilər üzərində nəzarəti bərpa etməsinin “qaçılmaz” olduğunu bildirib.
Budanov vurğulayıb ki, ərazi məsələsi Ukrayna üçün əsas prioritetdir və digər bütün məsələlər bu mövzudan sonra gəlir. Onun sözlərinə görə, Ukrayna cəmiyyəti ölkənin ərazi bütövlüyü ilə bağlı hər hansı planı qəbul etməyəcək.
Məsələ ilə bağlı Ukrayna Prezidenti Volodimir Zelenski də diplomatik proseslərə diqqət çəkib. O, martın əvvəlində Əbu-Dabidə Ukrayna ilə bağlı yeni üçtərəfli görüşün keçiriləcəyini açıqlayıb və danışıqlara hazırlıq işlərinin davam etdiyini bildirib.




