Putindən Ukrayna ilə bağlı sərt QƏRAR
Rusiya Prezidenti Vladimir Putin fevralın 20-də Rusiya Təhlükəsizlik Şurasının iclasında Ukrayna üzrə danışıqlarda iştirak edən nümayəndə heyətinin rəhbəri Vladimir Medinskidən Cenevrədəki üçtərəfli görüşün nəticələri barədə hesabat verməsini istəyib.
O qeyd edib ki, nümayəndə heyətinə Medinski rəhbərlik edib və çıxış üçün əvvəlcə söz ona, daha sonra isə Müdafiə Nazirliyinin nümayəndəsinə veriləcək.
Rusiya lideri vurğulayıb ki, Təhlükəsizlik Şurasının üzvləri danışıqların detalları, mümkün razılaşmalar və gələcək addımlar barədə ətraflı məlumat almalıdırlar.
Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında üçtərəfli görüş 17–18 fevral tarixlərində Cenevrə şəhərində keçirilib. Görüş Ukrayna münaqişəsinin nizamlanması istiqamətində diplomatik təmasların davamı kimi qiymətləndirilir.
İclasın əsas mövzusu isə ölkənin müdafiə qabiliyyəti sahəsində aparılan tədqiqatların səmərəliliyinin artırılması olub. Putin bu istiqaməti strateji baxımdan mühüm və aktual adlandırıb.




