Bia.Az

İsrailin paytaxtı raket atəşinə tutuldu

Dünya
 23-08-2025, 00:51     707

Yəməndəki husi üsyançıları İsrailin paytaxtı Təl-Əvivi raket atəşinə tutub.

Axar.az xəbər verir ki, hücumlar səbəbindən Ben-Qurion hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.

Şəhərdə hava həyəcanı siqnalı işə salınıb, partlayış səsləri eşidilir.

Əhaliyə sığınacaqlara yerləşmək barədə xəbərdarlıq edilib.скачать dle 12.1