Bia.Az

Ərdoğanla Tokayev görüş keçirdi, 20 saziş imzalandı

Dünya
 30-07-2025, 00:30     548

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında rəsmi görüş keçirilib.

Axar.az xəbər verir ki, Ərdoğan Tokayevi Türkiyə dövlət başçısının Beştəpə iqamətgahının önündə qarşılayıb.

Hər iki ölkənin dövlət himnləri səsləndirilib, nümayəndə heyətinin üzvləri dövlət başçılarına təqdim olunub.

Məhdud və geniş tərkibdə danışıqlar keçirilib.

Daha sonra Ərdoğan və Tokayev Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak ediblər. İclasın yekunlarına görə iki ölkə arasında 20-yə yaxın saziş imzalanıb.
скачать dle 12.1