Bia.Az

Rusiyada sərnişin təyyarəsi qəzaya uğradı: 49 ölü - Video

Dünya
 24-07-2025, 12:03     530

Rusiyanın Amur vilayətində göyərtəsində 46 sərnişinin olduğu An-24 təyyarəsi yoxa çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, Xabarovsk-Blaqoveşensk-Tında reysi ilə uçan təyyarə ilə əlaqə kəsilib.

***
An-24 təyyarəsinin qalıqları Tında şəhərindən 15 km aralıda tapılıb
.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, An-24 yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 10:00) qəzaya uğrayıb.

Təyyarədə 49 nəfər – 43 sərnişin, 6 heyət üzvü olub.

Ölü və yaralılar barədə məlumat verilməyib.

***
Qəzaya uğrayan An-24 təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.скачать dle 12.1