Bia.Az

Rusiya danışıqların dördüncü mərhələsinin keçirilməsini istəyir

Dünya
 24-07-2025, 00:42     619

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski ölkəsinin Ukrayna ilə danışıqların dördüncü mərhələsinin baş tutacağına ümid etdiyini bildirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Ümid edirik ki, olacaq. Biz bunu istərdik”, – deyə o, jurnalistlərin sualını cavablandırarkən qeyd edib.

Daha əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi və danışıqlar qrupunun rəhbəri Rustem Umerov açıqlayıb ki, Kiyev Rusiya Prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında avqustun sonunadək görüş keçirilməsini təklif edib.

Prezident Zelenski də Kiyevin Moskva ilə danışıqları bərpa etməyə hazır olduğunu vurğulayıb. O, əlavə edib ki, danışıqlar prosesinin dinamikası tədricən artmalıdır.скачать dle 12.1