Bia.Az

Paşinyandan ABŞ-nin Zəngəzur dəhlizini 100 il müddətinə icarəyə götürməsinə - REAKSİYA

Dünya
 16-07-2025, 14:01     543

Azərbaycanla sülh sazişi çərçivəsində regionda açılacaq nəqliyyat yollarının idarə olunması üçün özəl şirkət cəlb oluna bilər.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, investisiyaların cəlb edilməsi və yolların daha səmərəli idarə olunması məqsədi daşıyır.

"Bu halda yolların mülkiyyəti Ermənistanın üzərində qalacaq, söhbət yalnız idarəetmədən gedir", - Paşinyan qeyd edib.

Bundan əvvəl ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrak bildirib ki, ölkəsi Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib.

Diplomat vurğulayıb ki, ABŞ tərəfindən Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub.скачать dle 12.1