Gürcüstan ABŞ və AB-nin savaş meydanına çevrilir - Volski
Avropa Birliyində (AB) müəyyən dairələr Gürcüstanda hakimiyyət dəyişikliyi istəyir və bunun üçün ciddi səylər göstərir.
Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin birinci vitse-spikeri Giya Volski Polşa xarici işlər naziri Radoslav Sikorsinin açıqlamasını şərh edərkən deyib.
“Onun plan və vəzifəsi var: Gürcüstanda hakimiyyəti dəyişmək... Bu, Avropa İttifaqında müəyyən dairələrin istəyidir və indiki halda Gürcüstan artıq ABŞ administrasiyası ilə qarşıdurma üçün döyüş meydanına çevrilib. Bu, reallıqdır və təəssüf ki, Polşanın xarici işlər naziri buna xidmət edir", - Volski bildirib.
Qeyd edək ki, Sikorski bildirib ki, Polşa Gürcüstanda “Gürcü Arzusu” partiyasının yaratdığı anti-Avropa tendensiyasının aradan qalxacağını gözləyir və gürcü cəmiyyətinin avropapərəst istəklərini dəstəkləyəcək





