Bia.Az

Tramp Zelenskinin ritorikasına dözmək niyyətində deyil - Uolts

Dünya
 20-02-2025, 00:47     500

ABŞ Prezidenti Donald Tramp Vladimir Zelenskinin ritorikasının artmasına dözmək niyyətində deyil.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts "Foks Nyus" telekanalına deyib.

Onun sözlərinə görə, Vaşinqtonun yardım müqabilində Ukraynanın mineral ehtiyatlarından istifadəyə dair təklif etdiyi razılaşma ilə bağlı Ukrayna tərəfində “təəccüblü müqavimət və ritorikanın artması” müşahidə olunur.

“Biz inanırıq ki, Amerika vergi ödəyiciləri sərmayələrinin əksəriyyətinin əvəzini almağa layiqdirlər. Bu isə Ukraynaya fürsət verir, onlar bunun əslində nə olduğunu dərk etməlidirlər”, - Uolts qeyd edib.скачать dle 12.1