Bia.Az

Colanidən İrana çağırış: Əsədi dəstəkləyirdiniz, indi isə...

Dünya
 30-12-2024, 01:16     795

İran regional müdaxilə siyasətinə yenidən baxmalıdır.

Axar.az xəbər verir ki, bu barədə Suriyanın yeni lideri Əhməd əş-Şara “Əl Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, müxalifət qüvvələri Əsədin devrilməsinə səbəb olan hücum zamanı Suriyada İranın mövqelərini müdafiə edib.

Əş-Şara bildirib ki, İran Əsədin əsas dəstəkçilərindən biri olmasına baxmayaraq, müxalifət döyüşçüləri belə bir mövqe sərgiləyiblər.

O əlavə edib ki, bu hərəkətlərə cavab olaraq Tehrandan müsbət jestlər gözləyirdi, lakin belə jestlər gəlmədi.скачать dle 12.1